Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / “Atamız, babamız səhv edibsə, biz mütləq təkrarlamalıyıq?“ – Etiraz

“Atamız, babamız səhv edibsə, biz mütləq təkrarlamalıyıq?“ – Etiraz

Hər il olduğu kimi, ötən il də uşaqlara qəribə adlar verilib. Siyahıya Dərdayıl, Dəftər, Balış, Şərbala və s. kimi adlar daxildir.

Bir insan övladına nəyə görə Şərbala adı verməlidir?

Adlar insanın taleyində hansı rolu oynayır?

Yazıçı Şərif Ağayar mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib.

O, sözün mistik təsirinə inandığını söyləyib:

“Əmin olun, adımız başqa olsa idi, taleyimizə mütləq təsir edəcəkdi. Eyni zamanda, sözün estetik tərəfi də var. Deyilişi, səslənişi gözəl olmalıdır. Bu mənada ad seçimi insanın həm savadının, həm də zövqünün göstəricisidir. Mütləq diqqətli olmaq, bu məsələlərdən başı çıxan insanlarla məsləhət etmək lazımdır.

Ekzotik adları araşdıranda görürsən ki, kiminsə atasının, babasının adı imiş. Nə olsun? Atamız, babamız səhv edibsə, biz mütləq təkrarlamalıyıq? Uşaqlara sadə, müasir, rahat deyilən, rahat anlaşılan və yaxşı mənası olan adlar qoymaq lazımdır. Bizə qoyulan adların məzmunuyuq. Adımızı çağırdıqca kimliyimiz zikr olunur, həm kosmosa, həm cəmiyyətə enerji ötürülür. Bu enerji isə qarşılıqlıdır. Ötürdüyümüzə uyğun cavab alırıq”.

Həmçinin oxuyun

Yeni icra başçısı müavinini və bir neçə əməkdaşı işdən azad etdi

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır. Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham …