Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / “Atam indi yaxşıdı, işə də gedib-gəlir…” – Muğam ustadının qızı…

“Atam indi yaxşıdı, işə də gedib-gəlir…” – Muğam ustadının qızı…

“Atam sadəcə xəstəxanaya müayinə üçün getmişdi və həkimlər məsləhət gördü ki, o, 10 gün də xəstəxanada qalsın”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, muğam ustadı Canəli Əkbərovun qızı Təranə xanım atasının səhhəti haqda danışarkən deyib. O, atasının indi ev şəraitində müalicə olunduğunu bildirib:
“Atam xəstəxanaya müayinə üçün getmişdi və həkimlər məsləhət gördü ki, o, 10 gün də xəstəxanada qalsın. Artıq atam evdədi və ayaqlarındakı problem də düzəlir. İşə də gedib-gəlir. Sənət dostları onu tək qoymurlar, hamı ona baş çəkir. Diqqətiniz üçün sizlərə də təşəkkür edirik”.
Qeyd edək ki, Xalq artisti C.Əkbərovun müalicə xərclərini Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz üzərinə götürüb. C.Əkbərova dünən Əməkdar artist Babək Niftəliyev də baş çəkib və “Ustadım, Xalq artisti, şöhrət ordenli Canəli Əkbərovu ziyarətə gəldim. Allah şəfasını versin”sözlərini yazıb.  

Həmçinin oxuyun

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən Lerikli

44 günlük Vətən müharibəsi neçə-neçə qəhrəmanı bizlərə tanıtdı, sevdirdi. Onlardan biri-Şuşanın azad edilməsi barədə Ali …