Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / “Atam Almaniyada müalicə olunur” – Əli Həsənovun oğlundan AÇIQLAMA

“Atam Almaniyada müalicə olunur” – Əli Həsənovun oğlundan AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılmasına dair məlumatlar yayılıb.

Bununla bağlı Əli Həsənovun oğlu Şamxal Həsənli BakuPost-a bildirib ki, bu məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Almaniyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.

“Şayiə, böhtan xarakterli məlumat yayanlara isə bu cür çirkin əməllərdən əl çəkməyi tövsiyə edirəm” – deyə Şamxal Həsənli bildirib.

Qeyd edək ki, Əli Həsənovun dünən axşam ölkəni tərk edərkən saxlanılması xəbəri yayılıb.

Həmçinin oxuyun

İşbazlar qəhrəmanlarımızın adından icazəsiz istifadə edirlər (VİDEO)

Polad Həşimov adına “Şən uşaq bağçası” və ya adi “Uşaq bağçası” kimi reklam lövhələrinə sosial …