Videoblogger Ata Abdullayev Abşeron rayonu ərazisində toy məclisi keçirilən şadlıq sarayı aşkar edib.
O rayon polis idarəsinə məlumat verib və onlarla birgə məclis keçirilən restorana gedib. Çəkiliş zamanı məclisdəkilər toy məclisi keçirmədiklərini, sadəcə yemək yediklərini iddia ediblər. Hələlik toy məclisinin kimə məxsus olduğu bilinmir.
