Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Atəşgah Sığorta Şirkətinin Bərdə rayon filialı vətəndaşları necə aldadır? – FOTOFAKT

Atəşgah Sığorta Şirkətinin Bərdə rayon filialı vətəndaşları necə aldadır? – FOTOFAKT

Azinforum.az-a  şikayət ünvanlayan Eynulla Aslanov Atəşgah Sığorta Şirkətinin Bərdə rayon filialından şikayətçidir.Onun sözlərinə görə, 30.08.2015 –ci il tarixində Bərdə rayonununda 99 GE 792 dövlət nömrə nişanlı, özünə məxsus Mersedes E220 avtomobili ilə qəzaya düşüb. Qəza nəticəsində maşına ciddi ziyan dəyib. Maşın Atəşgah sığorta şirkəti ilə müqavilədə olduğu üçün , hadisə yerinə şirkətin işçiləri də, dəvət olunub. Hadisə yerinə baxış keçirən sığorta işçiləri maşına dəyən ziyanı 3000 AZN məbləğində qiymətləndirib. Zərərçəkmişə ,( Eynulla Aslanova) bu məbləğlə razılaşmadığı təqdirdə, 2 iş günü ərzində şirkətin Mingəçevirdəki servis mərkəzinə aparılmasını təklif ediblər.
Şikayətçi E.Aslanov bildirir ki, Atəşgah Sığorta Şirkətinin təklif etdiyi 3000 AZN ilə razılaşıb. Amma , şirkət rəsmi imzaladığı sənəddə yazılan məbləğdən boyun qaçıraraq , ona 1500 AZN –i Bank Respublikanın Bərdə filialına göndərib. Geridə qalan məbləği tələb etdikdə isə “Get başını ağrıtma” kimi sərt sözlərlə qarşılaşıb.
Atəşgah Sığorta Şirkətinin qiymətləndirmə idarəsinin rəisi Elvin Əliyevlə və sığorta işçisi Asim Kazımovla dəfələrlə əlaqə saxlayan Eynulla Aslanov onlardan heç bir müsbət cavab ala bilməyib. Əvəzində isə ona geridə qalan məbləğin verilməyəcəyi bildirilib. Zərərçəkmiş Atəşgah Sığorta Şirkətini məhkəməyə verəcəyini, ölkə rəhbərliyinə, cənab prezidentə şikayət ərizəsi yazacağını bildirsə də, ona “Get kimə şikayət edirsən et” deyə cavab veriblər.
Yazıda adı gedən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Azinforum.az hadisə yerindən çəkilmiş fotoları və Atəşgah Sığorta Şirkətinin imzaladığı sənədlərin fotolarını sizə təqdim edir :

s1

s2

s3

s4

s5

s6

s8

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın