Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Aşuranı qamçılayıb striptiz-şouya meydan verənlər… – Fikir savaşı

Aşuranı qamçılayıb striptiz-şouya meydan verənlər… – Fikir savaşı

Azərbaycan prezidenti, cənab İlham Əliyev dünyanın ən nüfuzlu müsəlman liderlərindən biri seçilib – barı ondan utanın…

Torpağı işğal altında olan bir müsəlman(!) ölkəsinin paytaxtında striptiz nümayiş etdirilir, qadınlar lütlənib, şeytan cildi geyinmiş kişi görkəmli məxluqların qucağına atılır və aparıcı din xadimləri, ziyalılar, deputatlar susursa…
***
Özü də şəhidlər ağası, Peyğəmbər(s) nəvəsi  İmam Hüseyn(s) başda olmaqla  yasını saxladığımız Məhərrəmlik ayında…
***
Deməli, biz çoxdan sonu Cəhənnəm olan tunelə girmişik…
***
Hanı dünən Aşura mərasimlərini uşaqların psixologiyasını, mənəviyyatını korlamaqda ittiham edən ziyalılar(?), kişi və qadın deputatlar?
***
Məgər striptiz-şoular, “Hellouin” kimi anormal bayramlar uşaqlarımızın, qızlarımızın mənəviyyatını, əxlaqını korlamır, açıq-açığına fahişəliyi, zinakarlığı təbliğ etmirmi?..
***
Yoxsa Qərbdən gələn hər nə varsa, o cümlədən striptiz, qadınların lütlənib özlərini kişilərə nümayiş etdirməsi normaldır, müasirlikdir, adi qazanc yoludur? Belə şeyləri qəbul edənlər, bunlardan para qazananlar, yəqin, öz anaları, bacıları, arvadları, qızlarının da fahişəliklə pul qazanmasına normal baxır…
***
Peyğəmbərimizin(s)  Qiyamətin əlamətləri haqqındakı hədislərindən birində buyurulur ki, Qiyamət günü yaxınlaşanda qadınlar fahişəliklə pul qazanacaq -ərləri, ataları, qardaşları isə buna göz yumacaq…
***
Təəssüf ki,  nəinki Qərb, ərəb cahiliyyəti ilə amerikanizmin, liberal təfəkkürün sintez olunduğu Azərbaycan kimi müsəlman hesab edilən ölkələrdə də Qiyamətin dediyimiz əlaməti çoxdan zahir olub…
***
Qərbin “jurnalist emosiyasını gizlətməlidir, xəbərə münasibətini bildirməməlidir” kimi standartlarını məmnuniyyətlə əxz edərək milli, dini dəyərlərimizə isə ağız büzən jurnalistlərimiz də  satanist “Hellouin” bayramı münasibətilə Azərbaycan paytaxtında  striptiz-şounun təşkil olunmasını ləzzətlə xəbər verirlər, yayırlar, sosial şəbəkələrdə, “You Tube”-də paylaşırlar ki, qoy hamı baxsın, uşaqlarımız da, qızlarımız da… Böyüyəndə özlərinə asan yolla pul qazanmaq üçün sərfəli peşə seçsinlər…
***
Bəh-bəhlə verilən xəbəri oxumamışsınızsa, siz də oxuyun:
“Bakının məşhur gecə klublarından olan “Tunel”də “Halloween” bayramı qeyd olunub.
Gecə təşkil olunan partidə açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualarla yadda qalıblar. Sözügedən partidən fotoları təqdim edirik…”
***
Heç bir ictimai qınaq-filan da yoxdur… Müasir(!) şəhər üçün normal haldır… Belə şeyləri qınamaq olmaz- müasirlikdir, dəbdir… Amma bir məktəbdə hicab bağlayan məktəbli, müəllimə varsa – bu, mütləq gerilikdir, cəhalətdir, ekstremizmdir-  qamçılamaq lazımdır… Yox, direktor, müavini, müəllimələr şagirdlərin, xalq artisti müsəlman(!) xalqın qarşısına yarıçılpaq geyimdə çıxırsa, bunlara da susmaq lazımdır… Azadlıqdır- kim necə istəyir- elə də geyinir…
***
Səhv etmirəmsə, Bakı 2009-cu ildə İslam paytaxtı elan olunmuşdu, bu il isə İslam oyunları keçirdik paytaxtımızda…
***
Amma İslam oyun deyil, İslam- əl basıb and içdiyimiz Quran yoludur,  Peyğəmbər(s) yoludur, Allah yoludur…
***
Ölkəmizin prezidenti, cənab İlham Əliyev bu il  növbəti dəfə dünyanın ən nüfuzlu  müsəlman liderlərindən biri seçilib – barı bundan utanın, ey zirzəmilərdə, “Tunel”lərdə  fahişəliyi təbliğ edənlər…

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …