Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Aşura mərasimlərinin necə keçirilməsi ilə bağlı rəsmi mövqe

Aşura mərasimlərinin necə keçirilməsi ilə bağlı rəsmi mövqe

Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə keçiriləcək.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası var: “Fətva kütləvi informasiya vasitələrində yayılıb. Fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək və Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq”.
O bildirib ki, Komitənin yerlərdə şöbələri var: “Məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk və bu monitorinqlər Aşura zamanı da davam edəcək. Məqsəd qanunvericiliyə əməl edilib-edilməməsini yoxlamaqdır”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın