Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / AST Telmanın işığını borca görə kəsdilər – Türkiyədə

AST Telmanın işığını borca görə kəsdilər – Türkiyədə

Milyardlıq otelin borc qalmaqalı böyüyür.
Bir müddət öncə otaqların bronlaşdırılmasını saxlayan, borclarına görə susuz qalan dünyanın ən lüks otellərindən birində yenə problem yaşanıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, azərbaycanlı iş adamı milyarder olmuş Telman İsmayılova məxsus “Mardan Palace”in indi də işıqları kəsilib.
İnşaatı 1,4 milyard dollara başa gələn, lüks otelin elektriklə təminatı dayandırlıb. Buna səbəb isə onun uzun müddətdir ödənməyən borclarıdır.
Elektrik enerjisinə olan təlabatını otel generatorların sayəsində qarşılmağa çalışır. Otelin borcunun miqdarı açıqlanmayıb.
2010-cu ildə turizmin “Oskarı” hesab edilən “World Travel Awards” tərəfindən “dünyanaın ən lüks oteli” seçilən “Mardan Palace”nin özü də AST Telmanın borclarına görə hərraca çıxarılmışdı. İş adamının Türkiyədə “Xalq Bank” və “Garanti Bank” arasında yaranan borc qalmaqalından sonra hər iki bank “Mardan Palace” otelin satışa çıxarılmasını tələb edib. Satışa çıxarılan otel isə tenderin yeganə iştirakçısı olan “Xalq Bank” tərəfindən dəyərindən xeyli ucuz – 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb. Lakin qarşılıqlı razılaşmalardan sonra satış dayandırılıb.
Bir neçə gün öncə isə Telman İsmayılovun oğlu Sərxana aid 2 milyon lirə qiyməti olan “Rolls-Royce Ghost” avtomobili də müsadirə edilərək hərraca çıxarılmışdı.
Qeyd edək ki, “Mardan Palace”nin açılış mərasimi olduqca təntənəli olmuşdu, qonaq qismində Monikka Belluçi, Riçard Gir, Şeron Stoun kimi dünya ulduzları iştirak etmişdilər.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …