Ana səhifə / Cəmiyyət / Aslan İsmayılov Zakir Fərəcovu milyonluq mənimsəmədə ittiham edir

Aslan İsmayılov Zakir Fərəcovu milyonluq mənimsəmədə ittiham edir

Daima qalmaqallı açıqlamaları ilə gündəmə gələn hüquqşunas Aslan İsmayılov bu dəfə Sumqayıtın icra başçısı Zakir Fərəcovdan yazıb. O, iddia edir ki, Sumqayıtda aparılan son  abadlıq işləri zamanı milyonlarla manat mənimsənilib. Azinforum.az Aslan İsmayılovun bu mövzuda yazdığı fikirləri olduğu kimi təqdim edir.

“Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova yazıram ki, Sumqayıt şəhərində aparılmış abadlıq işlərinə görə tək mənə müraciət etmiş onlarla insanın 1 milyon 700 min manata yaxın pulu mənimsənilib. Bu mənimsəmədə də Sumqayıt icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Fəzail Hüseynovun adları ön cərgədədir. Ona görə də xahiş edirəm ki, cinayət işinin istintaqı Sumqayıt Prokurorluğunda yox, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılsın. Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəis müavini Qabil Qasımov 26.01.2017-cı il tarixdə mənə yazır ki, iş Sumqayıt şəhərində aparılacaq. Buradan bir daha bildirirəm ki, Sumqayıt şəhər prokuroru Z.Fərəcovu yox, onun şöbə müdiri F.Hüseynovu prokurorluğa dəvət etdiyinə görə az qala vəzifəsini itirsin. Sumqayıt şəhərində aparılan abadlıq işlərinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Əvəzində orada öz vəsaitləri hesabına abadlıq işləri aparanların, banklara borcları olduğuna görə evləri əllərindən alınıb, özləri isə küçədə qalıblar.
Həmin şəxslər Prezident Administrasiyasının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Z.Nağdəliyevin Hüseyn adlı işçisinin qəbulunda da olublar. Aldıqları cavab isə budur: “Mən kiməm ki, Z.Fərəcova nə isə deyim?”.
P.S. Bu, dərəbəylik deyilmi?!”

Azinforum.az Aslan İsmayılovun səsləndirdiyi fikirlərlə bağlı Sumqayıt İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışıb. İcra Hakimiyyətindən bizə bildirdilər ki, onlar əsası olmayan qeyri- ciddi fikirləri şərh etmirlər.

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın