Ana səhifə / Cəmiyyət / Aslan İsmayılov “yumurta işinə” səhiyyəni  də qatdı – Mürvət Həsənli isə ona cavab verdi

Aslan İsmayılov “yumurta işinə” səhiyyəni  də qatdı – Mürvət Həsənli isə ona cavab verdi

Hüquqşunas  Aslan İsmayılovla iş adamı Mürvət Həsənli arasındakı mübahisə yeni fazaya qədəm qoyub. Maraqlıdır ki, Aslan İsmayılov indi də iş adamının himayəçisi qismində səhiyyə işçilərini təqsirləndirməyə başlayıb. Qeyd edək ki, hüquqşunas bundan əvvəlki açıqlamalarında Mürvət Həsənlinin himayəçisi kimi səhiyyə əməkdaşlarını deyil, müxtəlif vəzifəli adamların adını çəkirdi. Hüquqşunasın bu xüsusda yazdığı fikirləri təqdim edirik:

“Bu dəqiqələrdə Respublika Diaqnostik Mərkəzinin Baş həkimi Könül xanımla danışdım. Vicdan naminə deyim ki, pis insana oxşamadı. Mürvət Həsənli ilə bağlı bu gün müayinə aparılıb və ürəyinin bütün damarları təmiz çıxıb, heç bir xəstəliyi yoxdur. Bəs birinci günündən Mürvəti orada “vəziyyəti çox ağırdır, dindirilsə ölə bilər” deyənlər, onu orada gizlədənlər cavab verəcəkmi? Cavab da verirəm yox, çünki bu sahəyə cavabdeh olanların başı yumurta, cücə, toyuq alverinə qarışıb. Bunlar “ayıbdır” sözünün mənasını belə bilməsələr də, yenə deyirəm,  ayıbdır!”

İş adamı Mürvət Həsənli Azinforum.az-a verdiyi açıqlamada  Aslan İsmayılovun fikirlərinə aydınlıq gətirib:

“Azərbaycanın ən savadlı hüquqşunası olduğunu iddia edən və bununla qürurlanan Aslan İsmayılovu başa düşmək çətindir. Bu adam hələ də anlamır ki, bir insanın əməlinə hüquqi qiymət vermək səhiyyə sisteminin yox, məhkəmənin işidir. Səhhətinin vəziyyətindən asılı olmayaraq, istilən cinayətdə ittiham olunan şəxslər hüquqdan yayına bilməz, istintaq prosesi zamanı müstəntiqin, məhkəmədə isə hakimin suallarına cavab verməyə məhkumdur. Elədirsə, mən hansı əsaslarla səhhətimin normal olmadığını bəhanə edərək, bu prosesdən yayınmalıyam? Tanınmış vəkil guya araşdırmaları nəticəsində mənim səhhətimdə heç bir problemin olmadığını təsdiq edən faktlar ortaya çıxarıb. Guya Respublika Diaqnostik Mərkəzinin Baş həkimi Könül xanımla danışıb və mənim ürəyimdə aparılan müayinə zamanı ürəyinin bütün damarlarının təmiz çıxdığı, heç bir xəstəliyimin olmadığını müəyyənləşdirib. Əvvəla, onun həqiqətən də Könül həkimlə danışıb-danışmadığını bilmirəm və bunu araşdırmaq da istəmirəm. Ona görə ki, yuxarıda da qeyd etdiyim kimi səhhətimin “Emre Piliç”lə yürüdülən hüquqi mübahisəmizə heç bir aidiyyatı yoxdur. Hər bir sağlamlığını düşünən insan kimi mən də mütamədi səhhətimin vəziyyətilə bağlı həkimlərə müraciət edir, müxtəlif daxili orqanlarımı müayinədən keçirirəm. Bu yaxınlarda Respublika Diaqnostik Mərkəzinə müraciətim də vaxtaşırı təkrarladığım işlərdən biri idi. Ürəyimin dioqnostikasından çıxan nəticələri isə açıqlamağa ehtiyac hiss etmirəm. Hər bir insanın səhhəti onun mübhəmləridir və hesab edirəm ki, tanınmış vəkilin başqasının mübhəmləriylə maraqlanması etik normalara sığmır. Baxmayaraq ki, Aslan İsmayılovun iddiasının doğru olduğuna inanmasam da, hansısa səhiyyə ocağının öz pasientinin sağlamlığı barədə informasiyaları başqasına verməsini də doğru hesab etmirəm. İkincisi, məhkəmə predmeti olan bir məsələnin sosial şəbəkələrdə, elektron mətbu orqanlarda müzakirəyə çıxarılması da qanunaziddir. Bu, ilk növbədə məhkəməyə hörmətsizlikdir. Çox təəssüf ki, hüquqa bu hörmətsizliyi edən də elə onu ən çox əlində bayraq etməyə çalışan bir adamdır. Aslan İsmayılova tövsiyyə edərdim ki, özü oturduğu ağacın budağını kəsməsin, məhkəməni gözləsin. Ömür Oralla mübahisəmizin bütün detallarına yaxınlarda başlayacaq məhkəmə prosesində aydınlıq gətirələcək və hər kəs hüququn iradəsi qarşısında öz əməlinin həqiqi qiymətini alacaq”.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Yazıçıdan icra hakimiyyətinə etiraz: “Sizi nə üçün o vəzifəyə təyin ediblər?”

“Bu mövzu bir göyçaylı yazar olaraq mənim də çox yaralı yerimdir. Bu gün yaşayan və …

Bir cavab yazın