Şənbə , Avqust 24 2019
Ana səhifə / Cəmiyyət / ASLAN İSMAYILOV MÜRVƏT HƏSƏNLİ İLƏ  MƏHKƏMƏDƏN NİYƏ YAYINIR?- 3-CÜ DƏFƏDİR PROSESƏ QATILMIR

ASLAN İSMAYILOV MÜRVƏT HƏSƏNLİ İLƏ  MƏHKƏMƏDƏN NİYƏ YAYINIR?- 3-CÜ DƏFƏDİR PROSESƏ QATILMIR

İş adamı Mürvət Həsənli ilə hüquqşunas Aslan İsmayılov arasında gözlənilən  məhkəmə prosesi 3-cü dəfədir ki, təxirə salınır. Azinforum.az xəbər verir ki, işin məhkəməyə gedib çıxmasına səbəb Mürvət Həsənlinin Aslan İsmayılov barəsində Səbail Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında etdiyi şikayətdir. Mürvət Həsənli Azinforum.az-a bildirib ki, Aslan İsmayılov onun barəsində KİV-lərdə təhqiredici və böhtan ifadələr işlətdiyi üçün, məsələnin hüquq müstəvisində aydınlaşdırılması qərarına gəlib:

“İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Çox təəssüflər olsun ki,  hazırlıq iclası 3 -cü dəfədir təxirə salınır. Şikayət xüsusi ittiham qaydasında verildiyi səbəbindən cavabdehin özü şəxsən hazırlıq iclasına qatılmalıdır. Ancaq qanunların aliliyindən danışan hüquqşunas Aslan İsmayılov keçən ayın 27-si, 30 və bu gün təyin olunan prosesdə iştirak etməyib. Növbəti proses fevral ayının 22-sinə təyin edilib. Mən Aslan İsmayılovun bu hərəkətini məhkəməyə açıq hörmətsizlik kimi qiymətləndirirəm.  Aydındır  ki, onun dediklərini sübut edəcək dəlilləri yoxdur və bu səbəbdən də mənimlə üz-üzə gəlib qanunlar qarşısında çəkişmə aparmağa cəsarət etmir. İstənilən halda, qanunlara  hörmət etməyə borcludur. Növbəti prosesdə onun iştirakı məcburi qaydada təmin olunmasa, hakimdən yuxarı instansiyalara  şikayət verəməyə məcbur olacam”.

Mövzu ilə bağlı Aslan İsmayılovun da mövqeyini dinləməyə hazırıq.

Çinarə

Azinforum.az

Həmçinin oxuyun

Mədət Quliyevdən yeni təyinat

Azərbaycanın müdafiə sənayesi naziri, general-polkovnik Mədət Quliyevin yeni müşaviri təyin olunub. Demokrat.az xəbər verir ki, …

Bir cavab yazın