Çərşənbə , May 22 2024
Ana səhifə / Cəmiyyət / Aslan İsmayılov: “Günü 25-30 manata vicdanla işləyəcək fəhlə tapmaq müşkül məsələdir”

Aslan İsmayılov: “Günü 25-30 manata vicdanla işləyəcək fəhlə tapmaq müşkül məsələdir”

Fevral ayından may ayına kimi parkda işin çoxluğundan bağbanlara əlavə kömək lazımdır. Özüm bacardığım qədər işləsəm də, kənar fəhlə qüvvəsinə də ehtiyac olur. İnanın ki, günü 25-30 manata vicdanla işləyəcək fəhlə tapmaq müşkül məsələdir. Çoxları isə gəlib nə iş tələb olduğunu bilən kimi, “yox, mənim üçün bu ağır işdir deyirlər”. Ağır dedikləri iş də ağacların dibini belləmək və suvarmaya hazır vəziyyətə salmaq deməkdir. Əksəriyyət isə, sadəcə, pul alıb baş girləmək istəyir.

Bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

“Bu mövzuda çoxları ilə danışdığımdan bilirəm ki, hər sahədə bu cürdür. İstəyir bağ-bağça, ev yığışdırmaq olsun, istər təmir-tikinti işlərində vicdanlı, zəhmətkeş, halal pul qazanmaq istəyən işçi tapmaq müşkül məsələdir. Bu gün hamı yaxşı yaşamaq istəyir, özü də baş girləməklə. Belə fəhlələrə yaraşan da məmurlarımız var. Azərbaycanda hamı avropalılar kimi yaşamaq istəyir, ancaq heç kim avropalılar kimi işləmək istəmir”, – A.İsmayılov bildirib.

Həmçinin oxuyun

“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?” – VİDEO

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər”. Bunu “Persona” verilişinin qonağı olmuş …