Bazar , Sentyabr 15 2019
Ana səhifə / Cəmiyyət / ASLAN İSMAYILOV ADİL ƏLİYEVİ MİLYONLARIN QARŞISINA ÇAĞIRDI – TƏKLİF

ASLAN İSMAYILOV ADİL ƏLİYEVİ MİLYONLARIN QARŞISINA ÇAĞIRDI – TƏKLİF

Azinforum.az xəbər verir ki, 20 saylı Nərimanov ikinci seçki dairəsində seçkinin əsas favoritləri sayılan- Adil Əliyevlə Aslan İsmayılov arasında gərginlik davam edir.  Ötən gün tərəflər bir-birinin ünvanına sərt ittihamlar səsləndirib. Adil Əliyevin alternativinə ünvanladığı ittihamlar sırasında onun Aslan İsmayılovu və digər rəqiblərini keçirdiyi görüşlərdə birgə iştiraka dəvət notları da yer alırdı.

Azinforum.az  Adil Əliyevin bu təklifinə Aslan İsmayılovdan münasibət öyrənib.  Tanınmış vəkil saytımıza açıqlamasında heç vaxt xalq qarşısında çıxışdan çəkinmədiyini deyib:

“Mən, Azinforum.az vasitəsilə Adil Əliyevi milyonlarla insan izlədiyi daha böyük auditoriya qarşısına -teledebata dəvət edirəm. Buyursun, mənə cavab versin. Bu təklifi qəbul edirmi? Məlumdur ki, bizdə efir vaxtının qiyməti həddən artıq bahadır. Adil Əliyevin pulu çoxdur, istəsə teledebatın pulunu özü də ödəyə bilər. Yox, istəmirsə, xərci  yarı-yarıya çəkərik”.

Aslan İsmayılovun teledebat təklifi ilə bağlı Adil Əliyevi seçki qərərgahına ünvanlıadığımız suala hələ cavab ala bilməmişik.  Azinforum.az gün ərzində qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacaq.

VİDADİ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Sabiq millət vəkili vəfat etdi (FOTO)

Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Soltan Məmmədov vəfat edib.Publika.az xəbər …

Bir cavab yazın