Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Cəmiyyət / Aslan Hüseynovun avtomobilində təhlükəsizlik yastıqları niyə açılmayıb? VİDEO

Aslan Hüseynovun avtomobilində təhlükəsizlik yastıqları niyə açılmayıb? VİDEO

Ötən gün qəzaya uğrayan müğənni Aslan Hüseynovun avtomobilində təhlükəsizlik yastıqları olsa da, heç biri açılmayıb.

Halbuki həmin nəqliyyat vasitəsinin salonunda qəzadan qorunmaq üçün 10-dan çox təhlükəsizlik yastığı var.

Həmin maşında hava yastığının açılmaması xarici ölkə istehsalı olan avtomobillərdə bu cür problemlərin nədən yarandığı sualını gündəmə gətirir.

Xezerxeber.az-ın məlumatına görə, usta Sahil Ağabəyli hesab edir ki, sükandakı hava yastığının açılmaması ifaçının avtomobilində ciddi nasazlığın olmasından xəbər verir.

Ustanın sözlərinə görə, belə nasazlıqlar xüsusən də Amerikadan idxal edilən nəqliyyat vasitələrində olur. Həmin ölkədən gətrilən avtomobillər qəzalı olduğundan onlarda hava yastıqları düzgün təmir edilmir. Bu da qəzada ölüm riskini daha da artırır.

Usta deyir ki, Avropa bazarından idxal edilən 10 avtomobildən birində belə hala rast gəlmək olur.

Bəzən sürücülər yüngül qəza zamanı təhlükəsizlik yastığının açılmaması üçün sensoru özləri söndürürlər.

Usta deyir ki, bu da kökündən yalnış fikirdir. Çünki istənilən yol-nəqliyyat hadisəsi zamanı hava yastığı sürücü və sərnişini 50-60 faiz qoruyur.

Həmçinin oxuyun

Erməni etirafı və Bəxtiyar Vahabzadə

Mənim adım Mahirdir. Bu adı mənə 44 saylı məktəbdə müəllim işləmiş anam Hacıbəyim verib. Böyüyəndə …