Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Aşıqlar Birliyinin sədrindən haqlı məzəmmət: “Televiziyalar səviyyəsiz aşıq müsabiqələri təşkil edib…”

Aşıqlar Birliyinin sədrindən haqlı məzəmmət: “Televiziyalar səviyyəsiz aşıq müsabiqələri təşkil edib…”

“Harda ki, muğam və aşıq sənəti var, bunlar ilahi aləmlə bağlıdır və bunu şouya çevirmək nə Allahın, nə bəndənin, nə də dövlətin xoşuna gəlməz”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı deyib. M.Qasımlı bildirib ki, bunun qarşısının alınması üçün addımlar atmaq lazımdır:
“Dövlətimizin yeritdiyi siyasət nəticəsində muğam və aşıq sənəti ilə bağlı ciddi işlər aparılır. Azərbaycan dövlət televiziyasında, “Mədəniyyət” və “İTV”-də bu qorunur. Amma təəssüflər olsun ki, digər televiziya kanallarımızda bunu görə bilmirik. Bu kanallarda aşıq sənətini şou proqrama çevirmək cəhdləri var. Qurultaydakı məruzəmdə də bunları qeyd etmişdim. Onlar bunu nəzərə almalıdırlar. Vaxtı ilə ilk dəfə “Lider” TV-də Birinci Aşıq Müsabiqəsi keçirilib və çox gözəl qarşılanıb. Amma zaman keçdikcə bunu qoruya bilmədilər və “Deyişmə”, “Köklə sazı” kimi səviyyəsiz aşıq müsabiqələri təşkil edib başlanğıcda qoyduqları gözəl bir ənənəni darmadağın etdilər. Eyni vəziyyət bir çox kanallarımıza da aiddir. Aşıq sənəti elə bir sənətdir ki, orda mütləq yüksək elmi səviyyə qorunmalıdır və şoudan uzaq olmalıdır. Şounu başqa sahələrdə həyata keçirsinlər. Harda ki, muğam və aşıq sənəti var, bunlar ilahi aləmlə bağlıdır və bunu şouya çevirmək nə Allahın, nə bəndənin, nə də dövlətin xoşuna gəlməz”.
M.Qasımlı bildirib ki, MTRŞ tərəfindən keçirilən monitorinqləri müsbət qarşılayır və nəticələr cəmiyyətə təqdim edilməlidir:
“Əgər Milli Televiziya və Radio Şurası (MTRŞ) bununla bağlı tədbir görərsə, təqdir edərəm. Kütləvi informasiya vasitələri və (MTRŞ) zaman-zaman belə monitorinqlər keçirib nəticələrini cəmiyyətə təqdim etməlidir. Cəmiyyətin hansı verilişləri bəyənib-bəyənmədiyi müəyyənləşdirilməlidir. Cəmiyyətin reksiyası da televiziya kanallarına bir dərs olmalıdır. Bu verilişləri aparanlar üçün önəmli olan puldur, heç öz tarixi günlərimizi belə bilmirlər. Bunların əksəriyyəti öz mənəviyyatlarını, vicdanlarını unutmuş adamlardır”.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …