Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Asəf Məmmədov: “Naxçıvan gömrüyünün 130 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub”

Asəf Məmmədov: “Naxçıvan gömrüyünün 130 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub”

Bu ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) işdə nöqsanlara yol vermiş 130 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
“Report” xəbər verir ki, bunu Komitənin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov bildirib.

O deyib ki, 32 əməkdaşa xidməti intizam qaydalarının tələblərini pozduğuna, 98 əməkdaşa isə auditin nəticələrinə görə intizam tənbehi tətbiq edilib.
Komitə sədri onu da bildirib ki, ilin birinci yarısı ərzində idxal istiqamətində gətirilən 13,5 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsullar muxtar respublikaya daxil olmadan geri qaytarılıb. Həmin malların geri qaytarılması, əsasən, üzərində istehlak tarixinin olmaması və ya istehlak müddətinin bitməsi, keyfiyyətsiz və ya xarab olması, mənşəyin məlum olmaması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi səbəblərlə bağlı olub. Ümumilikdə, ayrı-ayrı vətəndaşlardan saxlanılan 2 tondan artıq məhsul isə qeyd olunan səbəblər əsas götürülərək məhvetmə komissiyası tərəfindən məhv edilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın