Ana səhifə / Cəmiyyət / Arzu Nağıyev: “Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti arasında rəqabət ola bilməz”

Arzu Nağıyev: “Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti arasında rəqabət ola bilməz”

Mövzu: Milli Təhlükəsizlik Nazirliyində islahatlar

Qonaq: Arzu Nağıyev, ehtiyatda olan zabit, siyasi ekspert
“Yaradılmış qurumlar arasında rəqabət yox, əməkdaşlıq ola bilər”

“Xarici Kəşfiyyat Xidməti və Daxili Təhlükəsizlik Xidməti arasında rəqabət ola bilməz”

“Son vaxtlar istər sosial şəbəkələrdə, istərsə də internet portallarda MTN-ə qarayaxma kampaniyası gedirdi”

“Bir neçə nəfər korrupsiyaya uğramış şəxslərə görə bütün sistem işçilərinin nüfuzu aşağı düşmüşdü”

“Artıq mobil təşkilatlar və azad qurumlar yarandı”

“Həm Mədət Quliyevin, həm də Orxan Sultanovun ən ağır işi indiyə qədər boşluqdan istifadə edib sistemə öz adamlarını yerləşdirən xarici qüvvələri aşkar etmək və onlara qarşı mübarizə aparmaqdır”

“İncidilmiş kadr olmur”

“Öz vəzifə səlahiyyətini vicdanla yerinə yetirilmiş şəxslərə qarşı haqsız iradlar edilib və onlar işdən ayrılıbsa, onların geri qaytarılması zəruridir”

“Geri qaytarılan şəxslərin son altı aya qədər bütün fəaliyyəti dəqiqliklə yoxlanılmalıdır”

“İşdən azad edilmiş şəxslər də diqqətlə və dəqiq yoxlanılmalıdır”

“Mədət Quliyev 250 nəfər peşəkarın yox, işə yararsız şəxslərin işdən azad olunduğunu dedi”

“Bu gün MTN sisteminə gələ biləcək kifayət qədər kadrlar var”

“İnsanları analitik savadına, təfəkkürünə görə ali strukturlara dəvət etmək lazımdır”

“Hazırda kəşfiyyatın və əks-kəşfiyyatın görə biləcəyi işlər çoxdur”

“Kəşfiyyat və əks-kəşfiyyat strukturları heç vaxt birlikdə olmayıb, hətta həmin strukturların əməkdaşlarının bir-birini tanıması doğru deyil”

 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın