Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / “Arzu edirəm yeni nazirin mədəniyyətdən xəbəri olsun” — Rasim Balayev

“Arzu edirəm yeni nazirin mədəniyyətdən xəbəri olsun” — Rasim Balayev

Xalq artisti Rasim Balayev Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması haqqında danışıb.

O, əməkdaşımız ilə söhbətində hazırda Azərbaycan mədəniyyətinin durğunluq dövrü yaşadığını qeyd edib.

“Düzdür gedənin arxasınca danışmazlar, ancaq Əbülfəz Qarayevin vaxtında mədəniyyət öz durğunluq çağını yaşayıb. Mən onu da qınaya bilmərəm. Görünür, Qarayevin də əlindən bu gəlirmiş, nəyi bacarıbsa, onu da edib”.

Xalq artisti yeni təyin olunacaq nazirlə bağlı arzularını da dilə gətirib.

“Arzu edərdim ki, yeni təyin olunacaq nazirin Azərbaycan mədəniyyətindən xəbəri olsun. O, mütləq şəkildə bu işi sevib, ona məhəbbət bəsləməlidir ki, incəsənətin qayğısına qala bilsin. Bundan başqa o, mədəniyyət sahəsinində dərin biliklərə sahib olmalıdı. Bu zaman Azərbaycan mədəniyyəti həqiqətən də inkişaf edəcək”,- deyə R. Balayev fikrini tamamlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevi Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.(ölkə.az)

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …