Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / ARİF QASIMOVA QARŞI APARILAN QARAYAXMA KAMPANİYASININ ARXASINDAKI ÇİRKİN MƏQSƏD NƏDİR?

ARİF QASIMOVA QARŞI APARILAN QARAYAXMA KAMPANİYASININ ARXASINDAKI ÇİRKİN MƏQSƏD NƏDİR?

Nizami rayon icra başçısı Arif Qasımova qarşı qara piar kampaniyasına start verilib. Bunu son iki gün ərzində  bəzi saytlar vasitəsilə tirajlanan  və heç də həqiqətə uyğun olmayan informasiyalardan  görmək mümkündür. Bu xüsusda yazılan məlumatlarda bildirilir ki, güya Arif Qasımovun oğlu hərbi xidmətdə ola-ola tez-tez “Baku Aquatics Centre” görünür və orada idmanla məşğul olur. Bunun ardınca isə bildirlir ki, güya  Arif Qasımov restoranlardan birində toyda olarkən kimisə döyüb. Biz bu məlumatları dəqiqləşdirmək üçün Arif Qasımova çox  yaxın olan bir mənbə ilə əlaqə saxladıq. Həmin şəxs Azinforum.az-a açıqlamasında bildirdi ki, Arif Qasımov haqda yayılan informasiyalar məqsədli şəkildə tirajlanan dezinformasiyadır:

” Yəqin ki, siz Arif Qasımov  Nizami rayonuna başçı təyin olunandan sonra,  rayonda aparılan abadlıq işlərinin miqyası ilə tanışsınız.  Rayonun yol infrastrukturu demək olar ki, yenidən qurulub. Təbii ki, həmin işlərin görülməsi bəzi işbazlara sərf etmirdi. Çünki onlara abadlıq yox, pul qazanmaq daha önəmli idi.  Yadınızdadırsa,  abadlıq işlərinə başlananda da, Arif Qasımova yönəlik  oxşar bir kampaniya aparıldı.  

Ticarət mərkəzlərinin yaxınlığında olan nəqliyyat sıxlığına aradan qaldırmaq üçün yolun genişləndirilməsinə “Arif Qasımov özünə obyekt tikir”  adını verdilər. Görəsən,  o adamlar  hazırda həmin yerə baxanda yazdıqlarından utanırlarmı?  Axı, hazırda orda  obyekt yox, avtobus dayanacağı mövcüddur. İşlərin uğurla tamamlanmasını görənlər indi də başqa üsullara əla ataraq, icra başçısının ailəsini hədəfə alırlar. Güya onun oğlunun hərbi xidmətdə olduğu iddia olunur. Bu yalanı yazanların diqqətinə çatdırırıq ki, Arif Qasımovun oğlu düz 6 ay bundan əvvəl öz hərbi xidmətini müvəfəqiyyətlə başa vururaraq evinə dönüb.  Ancaq bir faktı düz yazırlar ki, onun oğlu idmanla məşğul olur. Bəli, Arif Qasımov cəmiyyət üçün sağlam övladlar yetişdirib və elə bilirəm ki, onların başqa əyləncələrlə deyil, məhz  idmanla məşğul olması buna əyani sübutdur. Məlumatı yayanların nəzərinə çatdırırıq ki, qəti narhat olmasınlar, idmandan kiməsə ziyan gəlməz”.

Bizimlə danışan mənbə Arif Qasımovun toyda dava salaraq, kimsə vurması xəbərini də  ağ yalan adlandırdı:

“Arif Qasımov xeyirdə-şərdə  yaxından iştirak edən adamdı. Onu getdiyi yerdə çox hörmətlə qarşılayırlar. Arif Qasımov  kiməsə yumruq atan səviyyədə olan adam deyil.  Rayon ərazisində kiminsə çayxanasının bağlanmasına gəldikdə isə belə tədbirlər rayonda aparılan abadlıq işləri çərçivəsində görülə bilər. Yəqin bu yalan  məlumatı ötürənlər də, həmin qəbildən olan insanlardı”.

Azinforum.az-a Arif Qasımovla bağlı qara piar kampaniyasının hansı məqsədlərlə aparılması və bu işdə kimlərin əlinin olmasına dair konkret detallar məlumdur. Bu barədə ətraflı məlumat təqdim edəcəyik…

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın