Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəmiyyət / Arif Qasımov sakinlərin problemləri ilə maraqlandı – FOTOLAR

Arif Qasımov sakinlərin problemləri ilə maraqlandı – FOTOLAR

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun 242 №-li tam orta məktəbdə C.Naxçıvanski küçəsi 20, 22, 24 və 28 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Azinforum.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Nizami bələdiyyəsinin üzvləri, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak edib.
Səyyar qəbulda İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların dam örtüklərinin və istilik sistemlərinin təmiri, həyətin abadlaşdırılması, küçə işıqlarının bərpası və digər sosial problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərləri isə əlavə araşdırmalara ehtiyac olduğuna görə aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.

Arif Qasımov sakinlərin problemləri ilə maraqlandı -FOTO

Həmçinin oxuyun

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanıb (FOTO)

Azərbaycanın “Zəfər” ordeninin detallı təsviri açıqlanıb.  “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan …