Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət /  ARİF QASIMOV NİZAMİ RAYONUNA  İCRA BAŞÇISI TƏYİN OLUNDU (ÖZƏL)

 ARİF QASIMOV NİZAMİ RAYONUNA  İCRA BAŞÇISI TƏYİN OLUNDU (ÖZƏL)

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yaxın saatlarda bununla bağlı rəsmi sərəncamın elan ediləcəyi gözlənilir. Arif Qasımov bu vəzifəyə Siyəzən rayon icra başçısı postundan təyinat alıb.

 Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Evlidir. 3 övladı var.

Nizami rayon İcra Hakimiyyətindəki bir neçə vəzifəli şəxs Azinforum.az-a məlumatın doğruluğnu təsdiqləyiblər.

Arif Qasımov Azinforum.az-a açıqlamasında məlumatı təsdiqləyib.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın