Ana səhifə / Cəmiyyət / ARİF QASIMOV MƏKTƏBLİLƏRİ NAXÇIVANA YOLA SALDI – FOTOLAR

ARİF QASIMOV MƏKTƏBLİLƏRİ NAXÇIVANA YOLA SALDI – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir.

Belə tur-aksiyalardan biri də Bakının Nizami rayonu tərəfindən təşkil olunub. Rayon İcra HakimiyyətindənAzinforum.az-a verilən məlumata görə, “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları martın 16-da Naxçıvana yola salınıb.

Dörd gün davam edəcək tur-aksiya çərçivəsində şagirdlər Naxçıvan şəhərinin tarixi abidələrini, görməli yerlərini ziyarət edəcək və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar. Bundan başqa, onlar “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak edəcəklər.

Yolasalma mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı Arif Qasımov belə tur-aksiyaların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını bildirib. O, şagirdlərin səfər etdikləri bölgələrdə Heydər Əliyev mərkəzlərini, parkları, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini və digər görməli yerləri ziyarət etdiklərini qeyd edərək, bu kimi tədbirlərin məktəblilərin dünyağörüşünün artmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxışnın sonunda A.Qasımov şagirdlərə uğurlu yol arzulayıb.

Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşüblər.

AR2

AR3

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın