Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəmiyyət / Arif Babayevlə bağlı şok gizlinlər: “Eşq yaşadığı qadına görə…”

Arif Babayevlə bağlı şok gizlinlər: “Eşq yaşadığı qadına görə…”

Bu gün milli kinomuza “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə” kimi filmləri bəxş edən tanınmış rejissor Arif Babayevin doğum günüdür.
Yenicag.az-a açıqlama verən xalq artisti Əbdül Mahmudov sənət dostunu yad edib.
O, A.Babayevlə bağlı gizlinləri də bölüşüb:
“Arif Babayev milli kinomuza incilər bəxş edən rejissorlardandır. Onun çəkdiyə filmlərə indi də sevə-sevə baxılır. Biz onunla dost olmuşuq. Adi bir xəstəlik nəticəsində həyatını itirdi. Siqaret çəkməkdən ciyərlərində xəstəlik yarandı. Dəfələrlə deyirdim ki, Arif, siqareti at, gəl səni aparaq müalicə etdirək. Razılaşmadı. Siqareti özünə dost sayırdı və deyirdi ki, mən dostumu heç vaxt atmaram. Həkimə getməyi də sevmirdi. Arif xoşbəxt rejissor olsa da, şəxsi həyatında niskili vardı. Nakam sevgi yaşamışdı. Uzun illər başqa millətdən olan bir xanımla eşq yaşadı. Amma o qız başqasına ərə getdi. Arif də ömrünün sonuna qədər evlənmədi. Tanıyanlar bilirdi ki, Arif o qadını dəlicəsinə sevirdi”.

Həmçinin oxuyun

“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var”- Şahlar Əsgərov

Bir müddət öncə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ali məktəblərə müsabiqəsiz qəbulun şərtləri müəyyənləşdi. …