Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / “Araz” marketin Bərdə filialının müdiri 9 min AZN borca görə intihar edib – İDDİA

“Araz” marketin Bərdə filialının müdiri 9 min AZN borca görə intihar edib – İDDİA

Bərdə şəhərində “Araz minimarket” filialının müdiri İsgəndərov Tofiq İlham oğlunun intiharının səbəbi məlum olub. Tofiq İsgəndərovun yaxınlarının verdiyi məlumata görə, onun marketlər şəbəkəsinə 12 min manat borcu olub. 3 min manatını qaytara bilsə də, 9 min manat şirkətə borclu qalıb.

Ona borcun qaytarılması üçün aprelin 15-dək vaxt verilsə də, T.İsgəndərov marketin pulunu TOPAZ-da uduzduğundan borcunu ödəyə bilməyib. Çıxış yolunu isə özünü öldürməkdə görüb. “Araz” marketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova isə bildirib ki, hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Əmirova, Tofiqin şirkətə heç bir borcu olmadığını, hadisənin motivinin hüquq-mühafizə orqanı əməkdaşlarının araşdırmasından sonra bəlli olacağını bildirib.  Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015-cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı.(baku.ws)

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …