Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / “Araz” marketdə polis reydi

“Araz” marketdə polis reydi

Koronavirusa yoluxma halının kəskin artmasından sonra pandemiya şərtlərinə nəzarət güncləndirilib.

Belə ki, iri ticarət mərkəzlərində, avtobuslarda polis reydləri keçirilir və maskadan istifadə etməyənlər cərimələnir.

Bu hala iri marketlərdə daha çox rast gəlinir.
Məsələn, Araz Marketlər şəbəkəsinin Tbilisi prospektində yerləşən mağazasında bu gün iki polis əməkdaşı maska taxmayan şəxsləri cərimələməyə başlayıb. Müştərilər isə buna etirazlarını bildiriblər.
Qeyd ediblər ki, market əməkdaşları marka taxmayan şəxsləri polisə göstərib onların cərimələnməsinə nail olurlar: “Marketlər öz müştərilərini polisə niyə satsınlar ki? Bunun əvəzinə qapıda maskayla bağlı xəbərdarlıq etmək daha düzgün olardı. Çünki insanlar bəzən maska taxmağı unudurlar”.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …