Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / Araz Ağalarovun qohumu tərəfindən yaradılan “Sabina” ləğv olunur

Araz Ağalarovun qohumu tərəfindən yaradılan “Sabina” ləğv olunur

“Sabina” parfümeriya mağazaları şəbəkələrinin bağlı olduğu “Sabina P and C” MMC (VÖEN – 1700015401) ləğv olunur.
 Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Sabina P and C” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur.
Onu da bildirək ki, “Sabina” parfümeriya mağazaları tanınmış iş adamı Fuad Şıxəliyevə məxsus olub. Rusiyada yaşayan azərbaycan əsilli məşhur milyarder Araz Ağalarovun dayısının nəvəsi olan 1961-ci il təvəllüdlü Fuad Şıxəliyev 2019-cu ilin oktyabr ayında Fransanın Kann şəhərinə işgüzar səfərə gedib və orda qəflətən vəfat edib.

Fuad Şıxəliyev

Fuad Şıxəliyevin vəfatından sonra ona məxsus “Sabina” parfümeriya mağazalarının “İdeal” parfümeriya mağazalarına birləşdiyi barədə məlumatlar yayılıb. Yeniavaz.com

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …