Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Cəmiyyət / ARAZ ƏLİZADƏDƏN İQBAL AĞAZADƏYƏ MƏSLƏHƏT: “Mənimlə mübarizədə yol verdiyi səhvlərə…”

ARAZ ƏLİZADƏDƏN İQBAL AĞAZADƏYƏ MƏSLƏHƏT: “Mənimlə mübarizədə yol verdiyi səhvlərə…”

Aprelin 28-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası baş tutub. İclasda YAP-ın iyunun 18-də keçiriləcək təkrar parlament seçkisində iştirak etməsi haqda qərar qəbul edilib.

Partiyanın mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, YAP seçkidə iştirak qərarı verməklə yanaşı, deputatlığa namizədini də irəli sürüb. İdarə Heyətinin qərarı ilə 90 saylı Ağdaş seçki dairəsindən YAP-ın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb. Müxalifət partiyalarından isə hələlik Ümid Partiyası 90 saylı dairədə keçiriləcək təkrar seçkilərdə iştirak etmək barədə qərar verib. Adıçəkilən Partiyasının bu dairədən namizədi partiyanın sədri, keçmiş deputat İqbal Ağazadə olacaq. İqbal Ağazadənin bu barədə verdiyi xəbərə görə, artıq namizədliyini irəli sürməklə bağlı sənədlərini toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Yada salaq ki, İqbal Ağazadə ötən il keçirilən parlament seçkilərində deputatı olduğu 35 saylı Xətai üçüncü seçki dairəsindən yenidən namizədliyini irəli sürüb.Həmin dairədə İ.Ağazadə opponeneti, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədri Araz Əlizadəyə yenildi.

İ. Ağzadənin növbəti namizədliyini Tərəfdar.az-a dəyərləndirən millət vəkili A.Əlizadə keçmiş rəqibinə uğurlar arzulayıb:

“İqbal Ağazadəyə bu yolda müvəfəqiyyyətlər diləyirəm. Amma istərdim ki,mənimlə mübarizədə yol verdiyi səhvlərə bir də yol verməsin. Bu, ona uğur gətirməz. Deyəcəklərim bundan ibarətdir”.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Aqşin Yenisey Elşad Mirini RİYAKARLIQDA İTTİHAM ETDİ — “Öz övladınızı ABŞ-a oxumağa göndərib…” – FOTO

Tanınmış şair Aqşin Yenisey sosial şəbəkədə yazdığı statusda ilhaiyyatçı Elşad Mirini gəncləri yanlış yönəltməkdə ittiham …

Bir cavab yazın