Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəmiyyət / “Araq için, deyib xalqı “alkaş” etməyin” – Rəşid Mahmudov koronavirusdan qorunmağın yollarını açıqladı

“Araq için, deyib xalqı “alkaş” etməyin” – Rəşid Mahmudov koronavirusdan qorunmağın yollarını açıqladı

Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov koronavirusundan qorunmağın yolunu açıqlayıb.

Rəşid Mahmudov Unikal.org-a açıqlamasında bildirib ki, insan tələfatına səbəb olan epidemiyaya yoluxmamaq üçün Hidrogen Peroksiddən (Perekis) istifadə etmək lazımdır:
“Deyirlər guya koronavirusdan qorunmaq üçün araq içmək lazımdır. Xahiş edirəm belə deyib xalqı alkaş etməsinlər. Perekisi alıb 3 faizli məhlula çevirin onu şprisə doldurub 3-5 kub santimetr səhər-axşam burunlarınızın deşiyinə tökün. Bir də boğazınızı soda ilə qarqara edin, axşamlar da bir diş sarımsaq yeyin koronavirus sizə yaxın da gələ bilməyəcək”.

Həmçinin oxuyun

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanıb (FOTO)

Azərbaycanın “Zəfər” ordeninin detallı təsviri açıqlanıb.  “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan …