Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Cəmiyyət / Anar Nağılbazın atası: Oğlumu Anjelika öldürdü – VİDEO

Anar Nağılbazın atası: Oğlumu Anjelika öldürdü – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verilişi mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyevlə bağlı çəkiliş edib.

Nəvələrinə qovuşan Cəbiyev bundan sonra hər zaman onlarla yan-yana olacağını və əlindən gələn köməyi əsirgəməyəcəyini dilə gətirib.

“Mən bundan sonra onların arxasındayam. Nəvələrim mənim üçün Anar Nağılbazın ən böyük əsəridir. Anarla bağlı olan hər şey mənim səsimi titrədir, gözlərimi yaşardır. Ona görə məni çox danışdırmayın”, – deyə eks-deputat bildirib.

O söyləyib ki, keçmiş gəlini Anjelika Cəbiyeva ilə heç vaxt barışmayacaq:

“Anjelika ilə bizim ulduzumuz barışmaz. O, bizə böyük dağ çəkdi. Anası bu gün də ağlaya-ağlaya deyir ki, Anarı o öldürdü. Birbaşa tapança, bıçaq və ya zəhərlə öldürməsə də, həyatına zəhər qatıb öldürdü”.

Qeyd edək ki, Anar Nağılbaz avqustun 4-də evdə, valideynlərinin yanında dünyasını dəyişib.

 

Həmçinin oxuyun

Məleykə Abbaszadə: İmtahan qiymətləri dəyişə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək. Bunu …