Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi – Torpaq qalmaqalı

Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi – Torpaq qalmaqalı

Milli Məclisin birinci və üçüncü çağırış deputatı olmuş Rizvan Cəbiyevlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında torpaq qalmaqalı yaşanır. 

Rizvan Cəbiyev bu qalmaqaldan dolayı məhkəməyə müraciət edib. 

O, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi barəsində iddia qaldırıb. 

İş hazırda apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsi keçmiş deputatın iddiasını təmin edtməyib. Rizvan Cəbiyev də apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə baxılacaq. 

İşin təfərüatları haqqında açıq mənbələrdə məlumat yoxdur. Bəzi iddialara görə, qalmaqal Rizvan Cəbiyevin istifadəsində olan torpaq sahəsinin sənədləşməsi prosesi ilə bağlıdır. 

Rizvan Cəbiyev Milli Məclisin fəal deputatlarından olub. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan keçmiş deputat mərhum reper Anar Nağılbazın atasıdır. 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …