Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Anar: Elza Seyidcahan digər AYB üzvlərindən əskik deyil

Anar: Elza Seyidcahan digər AYB üzvlərindən əskik deyil

Bu günlərdə Əməkdar artist, bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilməsi müzakirələrə səbəb olub.

Müğənniyə üzvlük vəsiqəsini təqdim edən AYB sədr müavini Xalq yazıçısı Çingiz Abdullayev məsələyə sərt reaksiya verib.

“Mən paylaşımı (sosial şəbəkə hesabında-red.) yalnız dostlarım üçün açıq saxlamışam. Çünki bəziləri axmaq-axmaq fikirlər yazır. Paylaşımı axmaq adamlara bağlamışam. Amma oradakı 40 mindən çox izləyici o təqdimatı görə bilər”, – o, Konkret.az-a açıqlamasında deyib.

Bunun ardından Musavat.com AYB sədri Xalq yazıçısı Anarın münasibətini öyrənib.  

“Biz nə ediriksə, tənqid edirlər də. Onsuz da qəbul etsək də, etməsək də, tənqid edirlər. Etsinlər də, ayrı işləri yoxdur…”, – o deyib.

Anar E. Seyidcahanın yaradıcılığını belə qiymətləndirib: “O birilərdən əskik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan… Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik”.

Xalq yazıçısı yeni üzvün bəstəkar olmasına belə münasibət bildirib: “O, birinci deyil, Fərhad Bədəlbəylini də qəbul etmişik. Fərhad Bədəlbəyli pionistdir, həm də gözəl şeirləri var. Amma biz Fərhad Bədəlbəylini üzv qəbul edəndə heç kəs hay-küy qaldırmadı”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …