Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / AMİP DÜNYA AZƏRBAYCANLILARINI TƏBRİK ETDİ

AMİP DÜNYA AZƏRBAYCANLILARINI TƏBRİK ETDİ

Azərbaycan Milli İstiqlal Partiyası (AMIP) bütün dünya dövlətlərində yaşayan həmvətənlərimizi qarşıdan gələn Yeni, 2017-ci il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib.  Partiyadan Azinforum.az-a təqdim olunan bəyanatda  deyilir: “Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bizim üçün əzizdir. Onların problemləri problemimiz, uğurları isə uğurlarımızdır. Yola saldığımız 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25 illiyinı qeyd etdik. Bu gün yaşadığımız Müstəqil Azərbaycan Dövləti ayrı-ayrılıqda hər bir azərbaycanlının azadlıq mücadiləsinin uğurlu nəticəsidir. Dövlətimizlə qürur duymaq və gələcək nəsillərə sağlam və güclü Azərbaycan əmanət etmək ən böyük amalımızdır. Bununla yanaşı qarşıdan gələn 2017-ci ildə mövcud iqtisadi və siyasi problemlərin aradan qaldırılması da hər birimizin qarşısında duran vəzifə olmalıdır. Ən başlıcası isə Qarabağ düyününün açılmasına və işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail olmaq harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ümdə vəzifəsidir. AMİP ümüd edir ki, xaıqımızın birliyi və vətənpərvərliyi bu yolda bizi daha da güclü edəcək.
Əziz soydaşlarımız! Sizi bir daha qarşıdan gələn bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir, uca xalqımıza səadət, xoşbəxtlik və uğurlar arzulayırıq”.

Azinforum.az

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …

Bir cavab yazın