Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / AMEA-nın professoru öldü – FOTO

AMEA-nın professoru öldü – FOTO

Azərbaycanın filoloq alimi, filologiya elmləri doktoru, professor Roza Eyvazova vəfat edib.
R.Eyvazova 82 yaşında qəfildən dünyasını dəyişib.
Məlumata görə, R.Eyvazovanın heç bir xəstəlikdən şikayəti olmayıb. 
R.Eyvazova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvsitika şöbəsində baş elmi işçisi vəzifəsində çalışırdı. O, dünən – fevralın 14-də işdə olub.
Qeyd edək ki, Roza Hüseyn qızı Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1967-ci ildən Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1996-cı ildən filologiya elmləri doktorudur. 1998-ci ildən 2014-cü ilə qədər həmin institutda Dil əlaqələri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …