Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / AMEA-nın prezidenti:”Alimlər azadlığı sevir və hökumət alimlərə mane olanda elm inkişaf etmir”
????????????????????????????????????

AMEA-nın prezidenti:”Alimlər azadlığı sevir və hökumət alimlərə mane olanda elm inkişaf etmir”

“Elmin hakimiyyətdən asılı olması çox kədərlidir”.

Bunu “Sputnik Azərbaycan” agentliyinə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə söyləyib. Onun sözlərinə görə, alimlər azadlığı sevir və hökumət alimlərə mane olanda elm inkişaf etmir.

O, məhz Heydər Əliyev sayəsində Elmlər Akademiyasının dağılmadığını bildirib: “Elə vaxt olub ki, akademiklər ayda 30 dollar alıb. Kəndlərdəki qohumlarının köməyi ilə yaşayırdılar. Mən institut direktoru idim və maaşım 30 dollar idi. Elmi işçilər məndən də az alırdılar. Bizi “Əsrin müqaviləsi” xilas etdi, daha dəqiq desək, ikinci neft bumu”.

Akif Əlizadə müsahibəsində həmçinin AMEA rəhbərliyinə gözlənilmədən gətirildiyini bildirib:

“Akademiyanın prezidenti vəfat etmişdi. Onda yay idi. Mən evimdə təmirlə məşğul idim. Zəng gəldi. Xahiş etdilər ki, mütləq Rəyasət Heyətinin iclasına gəlim. Burada yeni prezident seçilməli idi. Gəldim. Həmkarlarımdan soruşdum ki, kimi bu vəzifəyə məsləhət görürlər? Mənə müxtəlif namizədlərin adı çəkildi. İclasın başlanmasına bir neçə dəqiqə qalırdı. Prezident Administrasiyasının rəhbəri bir neçə məmurla gəldi. Bundan sonra Prezident Administrasiyasının rəhbəri kürsüyə çıxdı və elan etdi ki, ölkə rəhbərliyinin AMEA-nın prezidenti kimi məni görmək fikri var”.

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …