Cümə , Oktyabr 22 2021
Ana səhifə / Cəmiyyət / AMEA-nın mühafizəsi gücləndirilir

AMEA-nın mühafizəsi gücləndirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC-nin “Bakı-3” filialı olub.

“Alov-Mühafizə” MMC Hüseyn Cavid prospektində yerləşən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin tabeliyində olan Akademiya şəhərciyinin ərazisində mühafizə sistemlərini quraşdıracaq. 
Görüləcək işlərin qarşılığında AMEA “Alov-Mühafizə” MMC –yə 27 min 605 manat ödəyəcək.

Qeyd edək ki, “Alov-Mühafizə” MMC 3 ədəd mühafizəçi otağı (kupe), 3 ədəd şlaqbaum, 9 ədəd müşahidə kamerası və mühafizə üçün zəruri olan digər avadanlıqlar quraşdıracaq. 

Məlumt üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”-də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur. Yeniavaz.com 

Həmçinin oxuyun

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlandı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan …