Ana səhifə / Cəmiyyət / AMEA-nın əməkdaşları məzuniyyətə göndərildi

AMEA-nın əməkdaşları məzuniyyətə göndərildi

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilməsi nəzərdə tutulub.

AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Həmçinin oxuyun

Nazir vakansiyaların gizlədilməsindən danışdı

Vakansiyaların gizlədilməsinin anlamı yoxdur. Çünki həmin vakant yerlərə daha sonra direktorlar müəllim işə qəbul edə …