Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Cəmiyyət / AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.

“Report” xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova (Elnur Eltürk) həvalə edilib.

Qeyd edək ki, E.Eltürk 2019-cu il mayın 8-də Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub.

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …