Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / AMEA alimlərindən xəbərdarlıq: Bu ərazilər yaşayış üçün təhlükəlidir

AMEA alimlərindən xəbərdarlıq: Bu ərazilər yaşayış üçün təhlükəlidir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında dosent Elxan Məmmədbəyovun dosent Səidə Zeynalova ilə birgə hazırladığı “Palçıq vulkanizminin inkişaf etdiyi ərazi geosistemlərinin struktur morfogenetik xüsusiyyətləri və onların ətraf ərazi landşaftlarına təsiri” mövzusunda məruzəsi dinlənilib.
Belə ki, alimlər tərəfindən palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə, eləcə də infrastruktura təsiri araşdırılıb. Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. Bu barədə müvafiq qurumlara mütəxəssislər tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, vulkanların yaxınlığında yaşayış evlərinin tikintisi davam etdirilir.

Həmçinin oxuyun

Oqtay Əsədovun Sulutəpədəki villası – FOTOLAR

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb. …