Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / “AMAY Abdulla” kassasiya şikayətini geri götürdü

“AMAY Abdulla” kassasiya şikayətini geri götürdü

Ali Məhkəmədə “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsindəki hökmündən verilmiş kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən proses təxirə salınıb. Buna səbəb A.Abdullayevin kassasiya şikayətinin geri götürməsi səbəb olub.
Məhkəmə martın 16-na qədər təxirə salınıb.
Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.
Ona Cinayət Məcələəsinin 178-ci ( dələduzluq), 179-cu (mənimsəmə)
Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Daha sonra A.Abdullayev Ali Məhkəməyə müraciət edib.

Həmçinin oxuyun

Oqtay Əsədovun Sulutəpədəki villası – FOTOLAR

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb. …

Bir cavab yazın