Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəmiyyət / “Altes Group”la dünya çempionunun çəkişməsi davam edir

“Altes Group”la dünya çempionunun çəkişməsi davam edir

Vüqar Namazov: “Rüstəm Abdullayevin gözü yaratdığım fitness kluba düşüb”
“Altes Group” holdinqin idarə heyətinin sədri Rüstəm Abdullayevlə poverliftinq üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionu, əməkdar idman ustası Vüqar Namazov arasında yaranmış mülki mübahisə mətbuat üzərindən qarşılıqlı ittihamlarla əvəzlənib.

“Yeni Müsavat”da bu mübahisə haqda “Bakıda dünya çempionunun obyektini əlindən almaq istəyirlər” və “Mahmudovçular ”Altes Group”un 10 mənzilini ələ keçirmək istəyiblər – ilginc detallar” sərlövhələri altında yazılar dərc olunub. Sonuncu yazının dərcindən sonra redaksiyamıza müraciət edən V.Namazov “Altes” rəhbərliyini doğru olmayan məlumatlar yaymaqda suçlayıb, ictimaiyyəti çaşdırmaq cəhdində bulunduğunu bildirib: “Yasamal rayonu ərazisində cəmi bir neçə ay əvvəl fəaliyyətə başlamış ”VİTR” idman klubu “Altes Group” holdinqin idarə heyətinin sədri Rüstəm Abdullayevin yaratdığı süni əngəllər səbəbindən fəaliyyətini dayandırıb.

Aramızda mülki mübahisə yarandıqdan sonra mənə bəlli olub ki, Rüstəm Abdullayevə həmin binalarla bağlı hər hansı bir əqd, müqavilə bağlamaq qadağan olunub. Belə ki, 2012-ci ildən məhkəmənin qərarı ilə mənzil satması, möhüründən istifadə etməsi qadağan edilib. “Altes” payçıları arasında yaranmış mübahisələr səbəbindən məhkəmənin qərarı ilə fəaliyyətinin məhdudlaşdırılmasına baxmayaraq şirkət keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsinə sığınaraq qanunsuz tikinti və satış işlərini həyata keçirib. Eldar Mahmudovun oğlunun ofisinin “Altes Group”un inşa etdiyi binada yerləşməsi təsadüfi deyil. Üstəlik Rüstəm Abdullayev bunu gizlətmir. O, mətbuata açıqlamasında deyib ki, Eldar Mahmudov 2014-cü ildə “Altes”in tikdiyi binada mənzilləri alqı-satqı vastəsi ilə alıb. Rüstəm Abdullayevin alqı-satqı ilə bağlı fikirlərini mübahisələndirmirik. Biz razılaşırıq ki, keçmiş MTN şefi pulu ilə “Altes”dən ev alıb. Axı 2012-ci ildən məhkəmə qərarı ilə “Altes”in bütün binalarına, hesabına, əməliyyatlar etməyinə, möhürə həbs qoyulub. 2015-ci il oktyabr ayında Ali Məhkəmə bunu qüvvədə saxlayıb. Bəs onda bu alqı-satqı prosesini necə həyata keçiriblər?

V.Namazov deyir ki, “Altes”də qanunsuzluqla üzləşən təkcə o deyil: “O, mənim başıma gətirdiyi ssenari ilə çox adamları ləkələməklə, şantajla, həddə yolu ilə haqqını əlindən alıb və cəzasız qalıb. Mənimlə Rüstəm Abdullayev arasında problem martın 17-dən açıqlandı. Ancaq buna qədər mənim xəbərim də olmadan köhnə ssenari işə düşüb. Şirkətə 36 min manat borcum olmasını iddia edərək məhkəməyə müraciət ediblər. Ondan sonra haqqımda işə dəxli olub-olmayan bütün instansiyalara şikayət ediblər. Gözümü açanda gördüm ki, hər yerdən əlində şikayət ərizələri olanlar üstümə gəlir. Onun bəzi saytlarda etirafı var haralara şikayət edib. Sonra da mənə məlum olub ki, bu bina heç bir yerdə qeydiyatdan keçməyib, mən fitness klub üçün götürdüyüm ərazini yüksək səviyyədə təmir etdirmişəm.

Fitness klubda bütün təhlükəsizlik qaydalarına riayət olunub. O, fitness klubun yerləşdiyi ərazinin binaya təklükə yaratdığı haqda FHN-ə şikayət edib. Axı bu ərazini sən tikmisən, mən təmir eləmişəm. Sənin binan FNH standanrtlarından keçibmi? Və yaxud Bakı şəhər İcra Hakimiyyəti bu binanı tikmək üçün sənə icazə verib? Hansı lahiyəyə əsasən bu binanı tikmisən?

Bu binalar qeyri-qanuni tikilərək tələ rolunu oynayıb.

Kimlərisə aldadıb pulunu ələ keçirmək üçün tələ. Başıma gələnlərdən və araşdırma aparandan sonra bu qənaətə gəldim”.

V.Namazov bildirib ki, “VİTR fitness” idman klubunu ərsəyə gətirmək üçün 2014-cü ildə hələ birinci devalvasiyadan əvvəl banklardan ABŞ dolları ilə kredit götürüb və ümumilikdə idman klubunun ərsəyə gətirilməsi üçün dövlətin audit xidmətnin yoxlamasının son nəticəsinə görə 1,6 milyon manat sərmayə qoyulub. Buraya ancaq təmir daxildir: “”VİTR klub”un yerləşdiyi “Emerald Palase” yaşayış kompleksini “Altes Group”un tərkibində olan “Nur-İnşaat” MMC inşa edib. 8 oktyabr 2015-ci ildə “VİTR”in fəaliyyət göstərdiyi yerin sahibi olan “Nur İnşaat” şirkəti ilə 5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən “VİTR” ayda 9 min manat ödəməyi öhdəsinə götürüb. Lakin kompleksdə təbii qaz olmadığından tərəflər 6 min manata razılaşıblar. Ötən ilin sentyabrından “VİTR” idman klubu hər ay müqavilə əsasında göstərilən məbləği ödəyib. 66 min manat pul ödənilib. Onlar baxdılar ki, “VİTR fitness”ə qarşı qaldırdıqları iddia məhkəmədə sənədlərlə sübut olunacaq, məhkəməyə nə qədər təsir etsələr də, qərar bizim xeyrimizə nəticələnəcək. Başladılar cürbəcür kampanyalara. Güc strukturlarındakı əlaqələri ilə təsir etməyə, mənə vaxt belə qoydular ki, səni terrorçu kimi telekanallara çıxararıq. Bu hədə ilə eyni vaxta saytlarda mənim əlehimə yazılar dərc edilməyə başladı. Ancaq onlar hələlik niyyətlərinə nail olmayıb. Çünki əvəlki qüdrətli əl Rüstəm Abdullayevin arxasından çəkilib. Məsələn, bir neçə gün bundan əvvəl mətbuatda Rüstəm Abdullayev deyir ki, guya Vüqar Namazov “Altes Group”un Dubayda olan vitse-prezidenti Polad Qabulovla əlbirdir və Polad Qabulov Vüqara informasiya verir. Mən Polad Qabulov adında adam tanımıram və heç vaxt onunla təmasda olmamışam. İkincisi də, Rüstəm Abdullayev Polad Qabulovu Eldar Mahmudovun adamı olmaqda günahlandırır və bildirir ki, onun haqqında 2013-cü ildən axtarış elan edilib. Açıqlamada prezidentin əmisi oğlu Fərid Əliyevin də adı çəkilir. Ancaq “Altes Group” rəsmi internet səhifəsində “Altes Group” idarə heyətinin cəmi 3 üzvü var: Rüstəm Abdullayev, Fəqan Şükürov və Ramil Mirheydərov. Ancaq burda da Rüstəm Abdullayevin iç üzü açılır. O, yenidən özünü kiminsə kölgəsində gizlətməyə çalışır. Mən Fərid müəllimlə görüşmüşəm və Fərid müəllim mənə bildirib ki, onlarla onun heç bir bir əlaqəsi yoxdur və yaranmış problemdə imkanı çatan qədər mənə köməklik eləməyə çalışacaq”.

V.Namazovun sözlərinə görə, hazırda internetdə “Altes Group” adından qondarma feysbuk səhifəsi yaradılıb. Həmin səhifədə Rüstəm Abdullayevin qanunsuz əməlləri faktlarla ifşa edilir: “Həmin səhifə onun cəzasız qalmış cinayət əməllərini təsdiqləyən rəsmi sənədlərlə doludu. O, ancaq mənim haqqımda faktlara əsaslanmayan, öz fantaziyasını işə salaraq şər-böhtan dolu yazılarını sosial şəbəkədən istifadə edərək mənəvi terror edir. Rüstəm Abdullayevin gözü yaratdığım fitness kluba düşüb və onu indiyədək sınaqdan çıxardığı çirkin yolla almaq istəyir. Rüstəm Abdullayevin dəfələrlə sınaqdan çıxmış ssenarisi var və bu ssenari yenidən səhnələşdirilib. Bu ssenari dəfələrlə güclü himyəçisinin dəstəyi ilə bir neçə mövsum anşlaqla alınıb. Amma haqq-ədalət öz yerini mütləq tapacaq və əməllərinə görə Rüstəm Abdullayev məhkəmə qarşısında bir gün cavab verməli olacaq”.

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …

Bir cavab yazın