Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Alt distribüterlər “Azercell”i baykot edir..?

Alt distribüterlər “Azercell”i baykot edir..?

Bir müddət əvvəl Qafqaznews.az saytında “Azercell”in dilerləri “TeliaSonera” şirkətinin rəhbəri cənab Yohan Dennelində müraciət etdilər” başlıqlı məqalə dərc olunmuşdu. Dilerlərin müraciətindən aydın olurdu ki, “TeliaSonera”nın ölkəmizdəki törəməsi olan Azərbaycanın ən iri mobil rabitə operatoru “Azercell”də uzun illərdir ki, monopoliya hökm sürür. Dözülməz monopoliya “Azercell”in 5 alt distribüterini, 6 xidmət təminatçısıni və 400 diler mağazasını mətbuat vasitəsi ilə TeliaSonera şirkətinə müraciət etmək məcburiyyətində qoyub. Müraciətdə qeyd olunurdu ki: “ Biz 20 ilə yaxındır Azercell şirkəti ilə əməkdaşlıq edirik. Azercell şirkəti danışıq kartları və nömrələrin satışını 5 alt distribüterinin arasında bölüb. Bir sözlə, bəzi alt distribüter şirkətləri “Azercell” şirkəti ilə bizim aramızda vasitəçilik edib, monopolist rolunu oynayaraq milyonlarla pul qazanırlar.

Ona görə də Azərbaycanda mobil xidmətin dəyəri ən bahadır. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur”. Müraciət edənlər bu dözülməz rəqabət mühitinə son qoyulmasını, inhisarçılığın aradan qaldırılmasını tələb edirdilər. Son məlumata görə, müraciət ciddi rezonans doğurub və “TeliaSonera” şirkəti öz törəməsi olan “Azercell”dən tələb edib ki, bu biabırçılığa son qoyulsun. Belə olanda bəzi dilerlər yaranmış münbit şəraitdən isifadə edərək, “Azercell”dən birbaşa kontur və nömrə almaq qərarına gəliblər, yəni ortada vasitəçi olmadan. Və problemlər də bundan sonra başlayıb. Beləki “Azercell”in dilleri olan NLT şirkəti birbaşa, yəni arada vasitəçi olmadan “Azercell”dən nömrə almaq istəyir və qurumun satış departamentinin şöbə müdiri Georgias Chartsiz ilə razılaşırlar. Bunu eşidən digər 4 alt distribüterlər – monopolist şirkətlər “Azercell”in özünü baykot etmək qərarına gəlirlər.

4 alt distribüterlər dillerlərə zəng edərək onlara hədə-qorxu gəlirlər ki, “Azercell”dən nömrə almayın, biz “Azercell”i NLT-yə nömrə verdiyinə görə baykot etmişik. Qafqaz Xəbər Agentliyinə daxil olan məlumatdan bəlli olur ki, dilerlər çıxılmaz vəziyyətdə qalıblar, həm 4 alt distribüterlərlə konfliktə girmək istəmirlər, həm də “Azercell”i göz önünə qətirirlər. Digər məlumata görə, İqtisadiyyat və Sənaye nazirliyinin Antiinhisar Dövlət Xidməti “Azercell”in alt distribüterlərinin və dilerlərin yaratdığı qeyri- qanuni qurumda yoxlama aparmaq fikrindədir. Məlumata görə, “Azercell”in yaratdığı “çoxmərtəbəli” şəbəkə çökmək təhlükəsi ilə üz-üzədir.

Beləki bu yaxınlarda qurumun üzvü olan dilerlərdən biri Novotech şirkəti qurumdan çıxmaq istəyib və öz iradlarnı bildirib ki, bu qurum bizim nəyimizə lazımdır, vaxtı ilə hamımız gedib malları birbaşa Azercell-dən alırdıq. İndi isə alt distribüterlər Azercell verdiyi malı bölür, öz aralarında kvota yaradırlar, sonra qurum yaradaraq öz aralarında kvota müəyyən edirlər. Buna etiraz olaraq Novotech şirkəti qanunsuz qurumdan çıxdığını elan edir. Bunu eşidən qurumun digər üzvləri Novotech şirkəti ilə bağlı Azercell-ə müraciət ediblər ki, Novotech-in kvotasını bir-iki aylıq saxlasınlar. Ən çox da bu işdə canfəşanlıq edən Baktel şirkəti olub, çünki bu qeyri-qanuni yaradılan qurumda ən çox kvotaya bu şirkət sahibdir. Məlumat üçün bildirək ki, Baktel şirkəti İlham Rəhimovun kürəkəni Araz Mehdiyevindir və o Vüsal adlı əmisi oğlunu Bərdədən Bakıya köçürdərək Baktel şirkətinin başına otuzdurub. Aldığımız məlumata görə bu yaxınlarda sahibkarlar, market müdirləri Azercell tərəfindən yaradılan qeyri-qanuni qurumla bağlı bir neçə nazirliyə və hüquq mühafizə orqanlarına müraciət ediblər. Müraciətdə hətta qeyd olunur ki, Azercell şirkətinin ayda 21 milyon istehsal olunan danışıq kartlarını, qeyri- qanuni yaradılan bu qurum 19 milyona endirir ki, bazarda qıtlıq yaradaraq danışıq kartlarının qiymətlərini süni şəkildə qaldırsınlar və bundan da ən çox əziyyət çəkən sahibkarlar və market müdirləri olur. Bir sözlə, Azercell-in qeyri-qanuni qurumları iqtisadi sabotajla məşğuldur. (Qafqaznews.az)

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın