Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / Almas İldırımın oğlu ilk dəfə şairlə bağlı gizli məqamları açıqladı

Almas İldırımın oğlu ilk dəfə şairlə bağlı gizli məqamları açıqladı

Azərbaycan Televiziyasının “Yüz ilin sirləri”ndə bu dəfə şair Almas İldırımdan bəhs ediləcək.

AzTV xəbər verir ki, veriliş bu gün yayımlanacaq.

“Yüz ilin sirləri”ndə iki dəfə sürgün edilmiş, represiyanın güllələnməmiş ən böyük qurbanı, dost sandığı məşhur yazıçı tərəfindən xəyanətə uğrayan, keçmiş sevdiyi xanımın həyat yoldaşı (yazıçı) tərəfindən sona qədər təqib edilən Vətən həsrətli şair Almas İldirim haqqında gizli məqamlara aydınlıq gətiriləcək.

Almas İldırım yaxın dostları tərəfindən kommunistlərə satılıb, sürgündə azərbaycanlı ədiblər tərəfindən təqib edilib. Məzarı belə olmayan, Vətən həsrəti ilə ömrünün sonuna kimi kimi qürbətdə yaşayan, qadağan olunmuş şairin Bakıda qalan varisləri verilişə Almas İldırımla bağlı danışacaqlar.

Şairin İzmirdə yaşayan oğlu Azər İldırım ilk dəfə AzTV-nin layihəsində atası ilə bağlı suallarımızı cavablandıracaq.

Həmçinin oxuyun

Yeni icra başçısı müavinini və bir neçə əməkdaşı işdən azad etdi

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır. Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham …