Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Cəmiyyət / Allahşükür Paşazadə sabah Turkiyəyə gedəcək

Allahşükür Paşazadə sabah Turkiyəyə gedəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyəyə gedəcək.
QMİ-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, səfərdə məqsəd yanvarın 29-30-da İstanbulda “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
A.Paşazadə beynəlxalq konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.
Turkiyə hökumətinin himayəsi altında keçiriləcək tədbirdə Turkiyə, İran, İraq, Fələstin, Hindistan, Malaziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.

Həmçinin oxuyun

Doğum günləri özlərinin iştirakı olmadan qeyd edilən qəhrəmanlarımız – FOTOLAR

Bu gün Vətən Müharibəsinin Biləsuvar rayonundan olan iki şəhidinin doğum günüdür.  “Report”un Muğan bürosu xəbər …