Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Cəmiyyət / Alim Qasımovdan etiraf: “Süd, qatıq satmışam”

Alim Qasımovdan etiraf: “Süd, qatıq satmışam”

“Məhəlləmizə dondurma satan gəlirdi. Ona dedim ki, sən başqa işlərini gör, bu məhəllədə donurmanı mən satım. Dondurma satmaqla bir-iki manat irəli düşürdüm. Süd, qatıq da satmışam. O zaman əsl Alim Qasımov idim, indi oxuyan Alim Qasımovam”.

Bu sözləri Xalq artisti Alim Qasımov “Maqazin Plyus” verilişinə müsahibəsində deyib.

65 yaşlı sənətkar bildirib ki, gənclik illərində nə savadı, nə də ki iddiası olub.

“Hərdən Allahdan nəsə istəməyə utanıram. Mənim istəyə bildiyim qabiliyyətimə görə yox, ondan artığını verib. Allah mənə hörmət verib, başqa nə istəyim?..”.

A.Qasımov Xalq artisti Natiq Şirinovla quda olmasını Allahın bir qisməti olduğunu bildirib.

“Nəvələrimin hamısı oxuyur, onları mən həvəsləndirmədim. Mahnıları məndən də yaxşı oxuyurlar. Fatiməyə deyirəm ki, filan mahnını mənə də öyrət. Sənətlə bağlı gələcəyini isə ailəsi qərar verə bilər. Sənətdə məndən kömək istəsələr, məmnuniyyətlə edərəm. Fərqanə mənim anamdır, bacımdır, yol yoldaşımdır, dostumdur, qardaşımdır, evimizin böyük övladıdır, ağbirçəyimizdir”.

Xalq artisti səhhətində yaranan problemlərdən də söz açıb.

“Allaha təşəkkürümü bildirdim. Qalan beş ili də yaşayıram. Səhhətimdə problem yaranmışdı, həkimlər əməliyyat olunacağımı dedilər. Sonra analizin cavablarını Ankaraya göndərdik. Əzələ ağrılarım keçdi və əməliyyat edilmədim”.

Həmçinin oxuyun

Azərbaycanlı kinoşünas beynəlxalq festivalın münsiflər heyətində yer aldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev noyabrın 29–dan dekabrın …