Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Cəmiyyət / “Ali məktəblərə qəbul sayı 3 dəfə artıb” – Nazir

“Ali məktəblərə qəbul sayı 3 dəfə artıb” – Nazir

“20 il ərzində ərazində ölkəmizdə 2600-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib”. 
Bunu elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib. 

“2026-cı ilin sonuna kimi 100 min uşağın məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır”, – nazir qeyd edib. 

Nazir ali təhsil sistemindəki dəyişikliklərə də toxunub: 

“2003-cü ilə müqayisədə bu 20 il ərzində ali təhsil müəssisələrinə qəbul sayı 3 dəfə artıb. Həmçinin 2003-2023-cü illər arasında 4000-dən çox tələbə xaricdə təhsil hüququ qazanıb”. 

Həmçinin oxuyun

“Sürücü və katibə də başqa vətəndaş kimi ev alıb” – Anar

Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.Bununla …