Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Cəmiyyət / Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandı

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandı

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər nəticələri 7727-yə SMS göndərərək öyrənə bilərlər.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələr yaxın dəqiqələrdə saytımıza da yerləşdiriləcək.

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …