Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Ali Məhkəməyə sədr gəlmək istəyir

Ali Məhkəməyə sədr gəlmək istəyir


Gəlin görək, Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahov hansı əməllərin sahibidir. 
Məlumat üçün qeyd edək ki, Füzuli Pənahov 1990 – 2000-di illərdə Zəngilan Rayon Məhkəməsinin hakimi, 2000 – 2007-ci illərdə Astara Rayon Məhkəməsinin sədri, 2007 – 2017-ci illərdə Quba Rayon Məhkəməsinin sədri olub, hazırda Sabirabad Rayon Məhkəməsinin sədridir. 
Füzuli Pənahov hakim kimi ilk “siftə”sini Zəngilanda bir nəfərdən 65 min manat almaqla “rüşvətxorluq” fəaliyyətinə başlayıb. Və neçə ildir o pulu geri qaytarmaq istəmir. 
Onu da qeyd edək ki, cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında qeyd etdi ki, bu bina Ədalət Sarayı olmalıdır. 
Amma təəssüf ki, Füzuli Pənahov kimiləri məhkəmə sistemini ədalətdən başqa hər şeyə çeviriblər. 
Füzuli Pənahov Qubada məhkəmə sədri işləyərkən elə bir səhvə-cinayətə yol verib ki, heç savadsız kənd mollası da belə etməzdi. 
Təsəvvür edirsiniz, torpaq-mülkiyyət çəkişməsində adı keçən şəxslərdən biri 4 aydır əsgərlikdə, həqiqi hərbi xidmətdə olduğu halda hakim onun guya məhkəmə prosesində olduğunu məhkəmə sənədlərində qeyd edib. Bunun üstü açılanda Füzuli Pənahov nə desə yaxşıdır: Olub də, texniki səhvdir. 
İnsanların mülkiyyətlə bağlı TALEHİ həll olunan vaxtda, doğrudanmı, hakim texniki səhvə yol verib, yoxsa, külli miqdarda rüşvət alıb ? 

Füzuli Pənahov Qubada məhkəmə sədri olduğu vaxt 9 yaşlı uşağın başına açılan oyunlar, işgəncələr az qala ölkəni silkələmişdi. Xeyli sayda deputat, Qadın-Ailə-Uşaq komitəsi sərt şəkildə məhkəməyə etirazını bildirmişdi. 
Deməli, bir neçə rayonda çalışdığı müddətdə külli miqdarda pul qazanan Füzuli Pənahov özündən o qədər razıdır ki, tez-tez məclislərdə, dostlarının arasında deyir ki, “Nə qədər lazımdır, verəcəm və Bakı şəhər rayonlarının birində sədr olacam”. 
Bəli, bir ara, Füzuli Pənahov Bakı rayonlarının birində sədr olmaq eşqinə düşmüşdü. Hətta deyilənə görə, “makler” də tapıbmış. 
Amma bir müddət əvvəl Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası Füzuli Pənahovun “qaşqasına” töhmət yapışdırandan sonra cənab məhkəmə sədrinin “qazı alınmışdı”. 
Bəli, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova yekə bir TÖHMƏT verilib.
Aradan xeyli keçdiyi üçün Füzuli Pənahov özünü və pullarını toparlayıb, yenidən yüksək vəzifəyə gəlmək istəyir. Bu dəfə cənab Pənahovun könlündən Ali Məhkəmənin sədri olmaq keçir. Və deyir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin “limiti” qurtarıb, indi növbə mənimdir..
Deyəsən pulun çoxluğu Füzuli Pənahovu əməlli-başlı havalandırıb. 
Belə getsə, birazdan, “vızıv” atmalı olacaqsan, cənab məhkəmə sədri. Darıxma, lap az qalıb.
Qarşı tərəfə cavab haqqı tanıyırıq, amma 65000-lə bağlı adamların hamısı sağdır aaa…

 //gundelik-baku.com//

Həmçinin oxuyun

Mehriban Vəliyeva: “Direktorlar tədris prosesini növbəli şəkildə qura bilərlər”

“Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər” APA-nın məlumatına görə, bunu …