Bazar , Sentyabr 20 2020
Ana səhifə / Cəmiyyət / “Ali Məhkəməyə elə bir knopka basdırmışam ki, sizin şikayət təmin oluna bilməz” – Çəkişmə…

“Ali Məhkəməyə elə bir knopka basdırmışam ki, sizin şikayət təmin oluna bilməz” – Çəkişmə…

“SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müştərisi arasında yaranan narazılıq məhkəmələrə qədər gedib çıxıb. Bu barədə cəmiyyətdən verilən məlumatda qeyd edilir. “SPULT” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Azad Əliyevin sözlərinə görə, MMC Məmmədov Samir Ağamməd oğlunun sahibkarlıq fəaliyyətinin inkişafı üçün ona lazım olan xammal və mal materialları nəğd və nisyə ödəniş qaydasında verirdi:
“O, xammalların və materialların pulunu aldığı vaxtdan sonra (bir-iki ay müdətinə) ödəyirdi. Samir Məmmədovun 2017-ci ilədək bizə ümumilikdə 61.105,2 ABŞ dolları, 2.250 manat və 500 avro borcu qalıb. Samir Məmmədov 2017-ci ilin iyul ayınadək watsap vasitəsilə şirkətimizə olan borcunun ödənilməsi üçün, müəyyən əmlaklarının satılmasına qədər ona möhlət verilməsini istəmişdi”.

A. Əliyev deyir ki, Samir Məmmədov şirkətə olan borcunu uzun müddət ödəməkdən yayındığı üçün 2018-ci ilin yay aylarında ona qarşı Bakı şəhər Nəsimi rayon Məhkəməsində iddia qaldırılıb:

“Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov iş materiallarına əlavə olunmuş Samir Məmmədovun imzalı qəbzlərini (sübutları) əsas götürərək, iddiamızı təmin edib. Qətnamədən narazı qalan cavabdeh Samir Məmmədov Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vahid Sadıqov məhkəmə prosesini bir iclasa tələskənliklə, araşdırmadan, hətta bizim nümayəndənin apellyasiya şikayətinə münasibətini dinləmədən əvvəlki qətnaməni ləğv edib. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində Samir Məmmədov nümayəndəmizə adamının güclü olduğunu və onların tapşırıqları əsasında məhkəmə instansiyalarında hər zaman bizə qalib gələcəyini bildirib. Bizlər onun sözlərinə məhəl qoymadan Azərbaycan Respublikasının hüquqi və demokratik dövlət olduğunu nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verdik. Bir neşə gün bundan öncə Samir Məmmədov təkrarən bizə “Ali Məhkəməyə elə bir knopka basdırmışam ki, sizin şikayət təmin oluna bilməz” deyə bildirdi”.

Şirkət rəhbəri bunları da əlavə edib:

“Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bizim tərəfimizdən iddia müddəti ötürülməyib. Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 380-ci maddəsinin şərh olunmasına dair Qərarına əsasən, Samir Məmmədov borcun ödənilməsi üçün 2017-ci ilin iyul ayınadək möhlət istədiyindən iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Birincisi, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqov MM-nin 380-ci maddəsini görməməzlikdən gələrək Samir Məmmədovun tələbini əsaslı sayıb. İkincisi isə Ali Məhkəmənin hakimi İlqar Xələfovun da həmin maddəni və Konstitusiya Məhkəməsinin qərarını əsas götürərək, bizim şikayətimizin əsaslı olduğunu, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edəcəyini və Samir Məmmədov tərəfindən olan təzyiqlərə məhəl qoymadan qanuni qərar qəbul edəcəyinə əminik. Cənab Prezident İlham Əliyev bütün məhkəmələrə vətəndaşların pozulmuş hüquqları ilə əlaqədar qanuni və obyektiv araşdırma aparılmasına, müəyyən şəxslər tərəfindən məhkəmələrə olan təzyiqlərin qarşısının alınmasına dair tapşırıqlar verib. Güman edirik ki, Ali Məhkəmə Samir Məmmədovun havadarlarının təztiqlərinə və “knopkaları”na məhəl qoymadan qanuni və əsaslı qərar qəbul edəcək”.
Qeyd edək ki, “SPULT” Məhdud Məsuliyyətli Cəmiyyəti qida və qeyi-qida məhsullarının hazırlanması üçün xammalların satışı ilə məşğul olur.

Həmçinin oxuyun

Nəsir Əhmədlinin universitetə buraxılmaması “qayğı” kimi qəbul edilməlidir – AÇIQLAMA

Bəzi mətbuat orqanlarında “BDU rektorundan ustad jurnalistə sayğısızlıq: Professor Nəsir Əhmədli universitetə buraxılmadı” başlıqlı qərəzli …