Azinforum.az xəbər verir ki, İsrailin bir qrup tanınmış media nümayəndəsinin Azərbaycana səfəri yekunlaşıb. Bir neçə gün ölkəmizdə qonaq olan həmin nümayəndə heyəti ölkəmizdə məhsuldar görüşlər keçiriblər.
Səfər Beynəlxalq Diaspor Mərkəzi və sülhməramlı səfir, CIPDH eksperti, Israilli iş adamı Alexsander Shapuro Sulumanın dəfəti əsasında reallaşıb.
Səfər çərçivəsində aprelin 4-də israilli jurnalistlər İsrail-Azərbaycan cəmiyyətlərində olub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələr barədə məlumat almaq üçün müvafiq qurumların mətbuat xidmətləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və vergilər naziri Fazil Məmmədovla görüşüblər.
İsrailin nüfuzlu media qurumlarının nümayəndələrindən ibarət heyətin səfərində əsas məqsəd Azərbaycanda baş verən hadisələri, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatları, münaqişənin ölkəmizdə yaratdığı problemləri İsrail ictimaiyyətinə çatdırmaq olub.
Tanınmış jurnalistlərin şərəfinə verilən sonuncu şam yeməyinə Azinforum.az İnformasiya Portalının rəhbərliyi də dəvət edilib. Sayt rəhbərliyi ilə israilli jurnalistlər arasında zəruri fikir mübadiləsi aparılıb. Azərbaycanın üzləşdiyi problemlər və ölkəmizin dinamik inkişafı barədə qonaqlara ətraflı məlumat verilib.
Səfərlə bağlı yekun nitqində Şapiro Suliman layihəni baş tutmuş sayıb:
“Düzdü, bəzi dövlət qurumalrında çalışan məmurlar belə təmaslardan yayınmağa çalışsalar da, qonaqlara ən yüksək səviyyədə hörmət və ehtiram bəslənildi. Belə təmaslar iki ölkə arasındakı münasibətlərə olduqca müsbət impuls verir. Biz iyun ayında azərbaycanlı jurnalistlərdən ibarət bir nümayəndə heyətinin İsrailə səfərini planlaşdırırıq. Eyni zamanda, Şəmkir şəhəri ilə İsrailin bir şəhərinin qaraşlaşmasını təmin edəcəyik”.
İsrailli jurnalistlər də çıxışlarında səfərdən məmnun qaldıqlarını ifadə etdillər.
M.MİRZƏ
Azinforum.az