Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Cəmiyyət / “Akula” Akifin ortaqlarından biri həbs olundu: Növbə digər ortaqda

“Akula” Akifin ortaqlarından biri həbs olundu: Növbə digər ortaqda

“Akula” Akifin ortaqlarından biri Adəm İsmayılovun qardaşı Azər həbs olunub.

Ovqat.com-un əldə etdiyi məlumata görə, Azər İsmayılov dünən Xətai rayon məhkəməsi tərəfindən 2 ay müddətinə azadlıqdan mərhum edilib.

Azər İsmayılov qeyri-qanunu inşaat işləri aparmaqda və bu məqsədlə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisindəki yaşıllıqları məhv etməkdə günahlandırılır. Hansı ki, hardasa iki həftə öncə bu inşaat işi ölkə başçısı İlham Əliyevin qəzəbinə gəlmiş və o, hadisəni “vicdansizlıq”, “biabırçılıq” və “cinayət” adlandırmışdı.

  

Ölkə mətbuatının bildirdiyinə görə, prezidentin bu reaksiyasından sonra həmin inşaat dayandırılmış, tikintini aparan şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 130 min manat məbləğində cərimələnmiş və fakt üzrə cinayət işi açılmışdır. Azər İsmayılovun həbsinin də bu cinayət işi çərçivəsində həyata keçirildiyi xəbər verilir.

Mənbəmiz cinayət işinin təkcə Azər İsmayılovla yekunlaşmayacağı qənaətindədir. Onun saytımıza verdiyi məlumata görə, “Akula” Akifin dostu da cinayət məsuliyyətinə cəlb oluna bilər: “Çünki, “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisini aparan şirkətin həqiqi sahibləri Akula Akif və Adəm İsmayılovdur”.

Xəbər qaynağımız bu faktı sübuta yetirmək üçün ikilinin bundan əvvəl ZAZ tikinti şirkətindəki ortaqlığını təsdiqləyən sənədi də bizə göndərib. Həmin sənədi təqdim edirik:

 Xatırladaq ki, “Akula” ləqəbli Akif Mustafayevin adı “MTN işi”ndə əsas müttəhim kimi keçir və o, cinayət məsuliyyətindən yayınmaq üçün ölkədən qaçmağı bacarıb.

Həmçinin oxuyun

“Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu”

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan şəhidlik məktəbində Kərbala hadisəsinin rolu” …

Bir cavab yazın